Məzmuna keç

Hər günümüz mütləq gərək olsun ahsız

Vikimənbə saytından
Hər günümüz mütləq gərək olsun ahsız! (1995)
Müəllif: RAUF CAVAD

Hər günümüz mütləq gərək olsun ahsız!
Əməl dəftərinə yazılsın günahsız!

Söylə görüm kim eylər zülmü canlara?!
Eylərsə də zülmü, eylər o Allahsız!

Bir səhnədir qurulub oynayır hamı,
Kimi çıxır səhnəyə əqli-silahsız!

Ayə, bir az düşün görərkən əməlin,
Axı siz bixəbər ölümdən agahsız!

Evlənir gündə biri Xəyalı ilə
Guya yaşayır həyat fəqət nigahsız!

Nə yazıq bu aciz şüursuz xilqətə,
Qalıb fəqir könlü didərgin padşahsız!

Var sahibi, keçmiş, gələcək bu günün,
Sanma o dünəni kimsəsiz, sabahsız!

Aldanıb zənninə neçə əqli zəif,
Vermiş ömrü-günü bada xeyirxahsız!

Nədən qəflətdən oyanmaz külli bəşər?!
De, kim verər bu fikrə cavab izahsız?!

Rauf, yox bu suala, qəflətə çarə?!
Kim dərk etməz özün, əqli qibləgahsız!
       ...Müəllif:Rauf Cavad