Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər
Görünüş
Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər Müəllif: Əliqulu Qəmküsar |
Mənbə: Əliqulu Qəmküsarın ədəbi taleyi: sənətdə və həyatda |
Hər kəs açırsa ağzın, qövlü qərəzdi yeksər,
Bir mətləb üstə hər ay bəhsi-ləsasət eylər,
Hər bir yetən qoyar boş əngini, nitq söylər,
Axır qalar yarımçıq hər məsələ, hər işlər.
Biganələr olar cəm bu dadə, bu harayə.
Dünya olubdur yanğın, bir qətrə su tapılmır,
Un yox, qəhətdir buğda, xalis çörək tapılmır,
Kimdir desin soyulmur, kimdir desin çapılmır.
Kimdir desin soyulmur, kimdir desin qapılmır?
Məzlum olursa aclar, çox xoşdur əğniyayə.