Hər kimi qudurtsa dövləti, varı
Görünüş
Hər kimi qudurtsa dövləti, varı Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Hər kimi qudurtsa dövləti, varı,
Axırda rast gələr min fəlakətə.
Kül olsun başına elə dövlətin,
Ki, salar sahibin dərdə, möhnətə.
Afərin deyərəm o dövlətə ki,
Sərf olar həmişə xalqa xidmətə.
Külək səpələrsə göyə torpağı,
Yenə də döndərər yerdə nemətə.