Hər nə kim almaq dilersən, al ilə gəl məndən al

Vikimənbə saytından
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al (XV əsr)
Müəllif: Dədə Ömər Rövşəni
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,
Aldanıram mən sənə, sən hər necə edərsən al.
İstəsən qoynuma girmək, gəl soyun qoynuma gir,
Boynuma sanlmaq istərsən, qolun boynuma sal.
Leblərinden sən mənə bir busə etmişdin əta,
Gər pərişan oldun isə verdiyin gəl yenə al.
Bir gəz öpdüm mən səni, gəl sən məni yüz min gəz
Tək vanb, bizdən şikayət edib, etmə qeylü qal
Qeylü-qal əhli nə bilsin əhli-halın sözünü,
Əhli- halm bilməyə sözün gərəkdir ehli-hal.