Həsən, Hüseyn, əziz peyğəmbər canları

Vikimənbə saytından
Həsən, Hüseyn, əziz peyğəmbər canları! (1995)
Müəllif: RAUF CAVAD

Həsən, Hüseyn, əziz peyğəmbər canları!
Onlar şəfaətçi, cənnət cavanları!

Həsən sülh etdi olsun əmin-amanlıq,
Yaşasın insanlıq, olsun firavanlıq!
Açsın güllər çiçək, olsun gülüstanlıq,
Oyansın torpaq, canlansın ruh, insanlıq!
Gərək insan sevə yaxşı insanları!

Hüseyn ruh verdi bizə düzü qanmağa,
Azadlıq nədir!? Ol düzgün anlamağa!
Dəyər verdi əzilən insana, çağa,
O gün Hüseyn, sülh ilə qalxdı ayağa!
Təəssüf ki, töküldü insan qanları!

Həsən, fürsət bildi qanana, Zamanı,
Ümid verdi ki, insan qana zəkanı!
Axtar tap itirdiyin dini-vicdanı,
Şah damarda gizlənib dinin imanı!
Gəl ey bəşər ol insan, sev gümanları!

Hüseyn, bu gün Azadlıq üçün yaşadı!
Can verdi, könüllərdə yaşayır adı!
Kim yaşayır Hürr, görür ləzzəti-dadı!
Dilin şüarıdı Gözəlin fəryadı!
Rauf söylər, keçmiş-gələcək anları!