Həsən xan Qacarın İvan Qudoviçə məktubu
Görünüş
Həsən xan Qacarın İvan Qudoviçə məktubu (1808, noyabrın 21-i) Müəllif: Həsən xan Qacar |
Mənbə: Elçin Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında) (PDF). Bakı: "Mütərcim". 2016. səh.180–181. |
Tələb edirsiniz ki, İrəvan qalasını könüllü təslim etsəm, əvəzində İrəvan xanlığını mənə verəcəksiniz. Əgər bu cür əməl yaxşıdırsa onda siz böyük İran hökmdarına qulluq etməyə razı olsanız əvəzində İrəvan, Təbriz və başqa çox şey alarsınız. … Siz yazırsınız ki, işi əhalinin qırılmasına gətirib çatdırmayım. Bütün aləmə məlumdur ki, bunun səbəbkarı siz olacaqsınız… Sonra yazırsınız ki, bütün İrəvan əhalisi və Hüseyn ağa başda olmaqla kürdlər sizin yanınıza gəlib, çox yaxşı və çox əcəb. Onda bütün İrəvan əhalisi sizə təslim olmağa razıdır. Əhalini idarə etmək üçün ona sahib olmaq lazımdır. Sonra yazırsınız ki, çoxlu qoşununuz var, kim hökmranlıq bacarırsa onun qoşunu çox olmalıdır və başqalarının da belə çox qoşunu var.