Həsb-hal
Görünüş
Həsb-hal Müəllif: Əliqulu Qəmküsar |
Bu şeri müxtəlif vaxtilə artist M.A.Əliyevə yadigar verdiyi əksinin arxasında yazmışdır. Qəmküsarın qətlindən sonra M.A.Əliyev həmin şeri “Azərbaycan" qəzetinin 1919-cu il 28 mart tarixli 145-ci nömrəsində çap etdirmişdir. Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Tesviri pürmelalımı mütləq gören zevat
Anlar keçirtmişəm necə efsürdə bir həyat,
Gəldim cəhane sanki həmişə bəta çəkim,
Könlümde vardı min eməlü min təhəssürat.
Dünyada bir merami-diiim hasil olmayır,
Yəsi olub məne bütün əcrami-kainat.
Bəs kim düşünmüşam, qırışıbdır üzüm-gözüm,
Zaye edib vücudumu işbu tefəkkürat.
Sinnim otuzda, tüklərim iştə bəyaz olub,
Köçmək sifarişin yetirib qasidi-məmat.
Qalmayıb ümid çünki həyatın beqasına,
Əksim götürtmüşəm, qala bəlkə, bu, xatirat.