Həyat sevinc olacaq, dünya Zaman görəcək

Vikimənbə saytından
Həyat sevinc olacaq, dünya Zaman görəcək (1994)
Müəllif: RAUF CAVAD

Sevgi, can yaşadıqca həyat davam edəcək,
İnsan imtahanla, istintaq davam verəcək.

Hər günümüz xeyir olsa, gün sevinc olacaq,
Yaxşı əməllə, dünya gülüstan, dinc olacaq.

Düşüncələr ümid olsa, sülh-zaman gələcək,
Ağlayan gözləri Sahibi Zaman sevəcək.

Haqqı sevən olsa, rövşən sevinc gətirəcək,
Qəmli günlər bitəcək, sevgi ətirlənəcək.

Nifrət olmasa, səbəbsiz ölümlər bitəcək,
Bəd gümanlıq yerinə, sevinc, güllər bitəcək.

Torpaq münbit olsa, sevgi nuru yetişəcək,
Zəhmətkeş dadına, Zaman suru yetişəcək.

Hər kəs yaxşı əməllə, sevinc-sevgi hörəcək,
Həyat sevinc olacaq, dünya Zaman görəcək!
  
Qarşılıqlı məhəbbət, cavab, məna alacaq,
Qərib kəs qisasını, Rauf, fəna alacaq!