Həyata kim bilir kim verir canı

Vikimənbə saytından
Həyata kim bilir kim verir canı?! (1994)
Müəllif: RAUF CAVAD

Həyata kim bilir kim verir canı?!
Kaş bu sirri kim anlasa o anı!

Canan verib həyata canı candan,
Çəkib ağrı-acı sancı zamanı!

Canlara can qatır qayğıkeş qadın,
Yaradır min neçə gözəl dünyanı!

Ana qucağında boy atır hamı,
Körpə üçün Ana cənnət-məkanı!

Sirr-möcüzədir təbiətin qoynu,
Dincəlir can, olur gülün mehmanı!

Nəğmə oxuyar bağda gülə bülbül,
Dəli tək aşiqdir sevir sevdanı!

Kim istər ki, ola dəli, bilə ki,
Məcnun hər yerdə axtarar Leylanı!

Rauf, çoxdur sevən özün həm canın,
Fəqət kim anlar can verən Cananı?!
      ...Müəllif:Rauf Cavad