Məzmuna keç

Hәdisdir ki, vәla әhlinә bәla gәtirir

Vikimənbə saytından
Hәdisdir ki, vәla әhlinә bәla gәtirir
Müəllif: Molla Hüseyn Dəxil

Hәdisdir ki, vәla әhlinә bәla gәtirir,
Bәla nә qәdr gәlә qәlbә incila gәtirir.
Tilayi-qәlb әgәr qәlp ola şәrari-bәla,
Nә qәdәr artıq ola, artıcıq bәla gәtirir.
Mәrizsәn, mәrәzindәn mәrәz edib qafil,
Sәnә hәmişә tәbibi-xuda dәva gәtirir.
Bәla dәvadır, әgәrçi gәlir tәbiәtә tәlx,
Vәli mәzacına şirinliyi riza gәtirir.
Әgәr bәlanı qәbul eylәsәn riza ilә,
Olara ruzi-cәza әhsәnül-cәza gәtirir.
Mәriz hali-dil ilә dәvayә talib olur,
Әgәrçi qal-qiyli hәrfi-narәva gәtirir.
Deyil tәbib, ilahi, mәrizdәn qafil,
Odur ğәza gәtirәn, sәn demә qәza gәtirir.
Hәmişә hikmәt ilә hökm edәr tәbibi-hәkim,
Qәbul et sәnә hәr nә dәva ğәza gәtirir.
Pәriyü cinnü bәşәr aqibәt bәlayә düşәr,
Bu hökmü xәlqә Süleymani-Kәrbәla gәtirir.
Fәna yelinә büsatın verib bilib ki, fәna
Hәmin büsat dәva ilә çün liqa gәtirir.
Düşüb bәlayә ki, naәhli-hәqq ola agah--
Ki, xәlqi daireyi-hәqqә ibtila gәtirir.
Әliyyi-Әkbәri kuyi-bәlayә oldu dәlil,
Salıb dalınca onu xәlqә rәhnüma gәtirir.
Ki, ümmәti edә әsrari-şәrdәn agah,
Dübarә ümmәtә peyğәmbәri-xuda gәtirir.