Haçan menə meylin yox idi dilbər
Görünüş
Haçan menə meylin yox idi dilbər Müəllif: Qayıqçı Qul Mustafa |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Haçan menə meylin yox idi dilbər?
Tenhalardan baxıb gülmesənəydin.
Mehebbetdir gözellerin nişanı,
Əzəlidən iqrar vermeseneydin.
Hanı menim ile yeyib içdiyin?
Yeyib, içib ağ köksünü açdığın?
İndən sonra fayda vermez qaçdığın
Soyunub qoynuma girmeseneydin.
Etmiş siyah zülfü mah üze perde,
Sən uğratdm meni min dürlü derde.
Men kəndi halımda gezdiyim yerdə
Arayıb bərgüzar vermesənəydin.
Qul Mustafam der canadır qəsdin,
Çox ağlatdın meni gözleri məstim.
Gözeli sevərler, danxma, dostum
Danlırdm gözəl olmasanaydın.