Ha qala-qala
Jump to navigation
Jump to search
Ha qala-qala Müəllif: Aşıq Alı |
dodaqdəyməz qoşma təcnis Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub. |
Yarı yad eyləsən a nazlı canan,
Eynindən iraqda ha qala-qala.
Leyli-nahar həsrətindən nalandı,
Çəkirsən sərini ha qala-qala.
Naqis rast gələndə qala, sarsıyar,
Yar həsrəti canda qala sarsıyar.
Eşqin atəşindən qala sarsıyar,
Eşqə nə çəkirsən ha qala-qala.
Səxalısan az Alını yan, ara,
Kəs arasan at dəryaya, ya nara.
Yanar neylər əzəlindən yanara,
Atəşi atəşə ha qala-qala.