Ha sarı dağlar
Görünüş
Ha sarı dağlar Müəllif: Aşıq Alı |
dodaqdəyməz qoşma təcnis Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Atar səni ellər gedər arana,
Kədəri gərdənə ha sarı, dağlar.
Tərlan sədalısan, qartal ədalı,
Cida sal sərindən ha sarı, dağlar.
Qəhr edəndə geyinirsiz ay ağı,
Nadan, naqis ərz eyləyər a yağı,
Sarıyerdən Sərisəngə ayağı,
Çəkirsiz diyara hasarı, dağlar
Nə adətdi, nə sehrdi, nə aldı,
Zər yığanlar cəlalından nə aldı.
İndi rəngin nə yaşıldı, nə aldı,
Xəzanda geyirsiz ha sarı, dağlar.
Sənətkara hər cəhətin sənadı,
Dağ nəs addı, hardan aldın sən adı.
Alı səndə sin sanına sənadı,
Şər çəkir səcdənə ha sarı, dağlar.