Hacı Zeynalabdin ağa
Görünüş
Rəvayətlər. Hacı Zeynalabdin ağa Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir gün axşamtərəfi Hacı Zeynalabdin ağanın həyətində oturmuşduq.
Bir ilan gəldi düz Hacı Zeynalabdin ağanın həyətinə. Bir
gürzəydi. Uşaqlar qışqırışdılar, hay saldılar ki, Zeynalabdin ağa,
ilan, ilan! Hacı Zeynalabdin ağa dedi: “Allah sənə lənət eləsin,
yenə neyləmisən, gəlmisən bura?” Hacı bir dairə çəkdi. İlan bu
dairədən kənara çıxmadı. Sonra Hacı, çəliyinin ucuyla dairədən bir
cızıq çəkdi, dedi: “Allahın heyvanı, indi gedə bilərsən”.
İlan da bu cızıqla sürünüb getdi. Aradan bir az keçməmiş bir
nəfər gəldi ki, ağa, məni ilan çalıb.
Demə, ilan onu çalıb gəlibmiş Hacı Zeynalabdin ağanın ocağına.