Halısan barı
Görünüş
Halısan barı Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022. |
Müşərrəfəm, dilbər, sənin yolunda,
Dünya şövkətinnən xalı san barı.
Uğradıbsan məni Əyyub dərdinə,
Dərmanım səndədir, halısan barı?
Sallana-sallana oda gedərsən,
Yandırıb cismimi oda gedərsən,
Nahaq dilbər, sən da oda gedərsən,
Od budu — sinəmdə xalis anbarı.
Xalı yıxşırılır var ayağına,
Yoxsul üzün sürtür var ayağına.
Abbas, əlin yetsə yar ayağına,
Döşən payandaz, ol xalı, sən barı.