Haldayam
Görünüş
Haldayam Müəllif: Aşıq Valeh |
Aşıq Valehin bu qoşması ustadı Səmədin dili ilə deyilibdir Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Qəhri-qəza məni yaman xar etdi,
Yet haraya, Valeh, yaman haldayam.
Ömrüm bağın boran etdi, qar etdi,
Yet haraya, Valeh, yaman haldayam.
Döyüş meydanında bir ər idim mən,
Hər xilqət hesablı bir sər idim mən.
Qatar qabağında bir nər idim mən,
Köç qayıdıb geri, indi daldayam.
Naxçıvanlı sərsəm aşıq Süleyman
Gəlib bizim ilə açmağa meydan.
Görməmişəm hələ mən belə fərman,
Fikirim dağıldı, qeylü qaldayam.
Səmədi xəstəlik salıbdır kardan,
Bol edib payını bu ahüzardan.
Xəyalı düşkünü gəl qurtar dardan,
Yatıbdır taleyim bu əhvaldayam.