Məzmuna keç

Hanı bir yel apara könlü gülüstanə tərəf

Vikimənbə saytından
Hanı bir yel apara könlü gülüstanə tərəf (XII əsr)
Müəllif: Xaqani Şirvani
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Hanı bir yel apara könlü gülüstanə tərəf,
Tutaraq bəlkə yaxamdan çəkə cananə tərəf?
Ürayim düşdü iki dərd-bəla ortasına,
Gah gedər kakilə, gah zülfı-pərişanə təraf.
Can çətinliklə çıxır, başımın üstə tez gəl,
Gözlərin tez apanr canımı müjganə tərəf.
Yusifı cəzb elədi, bil ki, Züleyxa yuxusu,
Çəkdi Kənandan onu Misrə, o samanə təraf.
Xəbər et nazlı kamandara ki, öz şəstilə,
Çəkə bu qəlbimi bir ləhzədə peykanə tərəf.
Mən susuz qalmışam, əfsus, pərəstarım yox—
Ki, çəkə ləblərimi cahi-zənəxdanə təraf.
O xumar gözləri heç meylə ayılmaz, əsla,
Bir cam aşiq qanı içsə, əl atar canə tərəf.
Biz onun xəncərinə hazır olan qurbanıq,
Kaş ki, bir ləhzə baxa biz kimi qurbanə tərəf.
Ağlayarsa belə bir nalə ilə Xaqani,
Qorxuram gözyaşı çəksin onu tufanə tərəf.