Məzmuna keç

Hara getsəm qəmli, dərdliyəm, Sənsizliyimə

Vikimənbə saytından
Hara getsəm qəmli, dərdliyəm, Sənsizliyimə! (1995)
Müəllif: RAUF CAVAD

Peşimanam yar! Çarəsizəm, Sənsizliyimə!
Sənsiz yaşarkən zülümdəyəm! Sənsizliyimə!

Tövbə edirəm, olan-keçən tək günlərimə,
Xilas et məni tək qoyma qəm , Sənsizliyimə!

Ümidim səndədi yar, qırma yalnız ümidi,
Bağışla məni! Tək qəribəm! Sənsizliyimə!

Qırılıb qəlbim, küsüb hal-əhvalım özümdən,
Nə olar barış! Tək fəqirəm! Sənsizliyimə!

Arzularım dolanır tək başına, yar sənsiz,
Can qalıb yal qız, əvarəyəm, Sənsizliyimə!

Sınıxıb şux duruşum, cansız surət bədəndə,
Dil uf eyləyir ki, bezərəm Sənsizliyimə!

Qərib düşüb həqiqət, əqlim ah-fəğan eylər,
Sevgi sənsiz neylər?! Ölərəm, Sənsizliyimə!

Qıvrılar dil, ağrıyar qəlb, çəkər dərd-qəm gözlər,
Düşünməzmi əqlim!? Dəliyəm, Sənsizliyimə?!

Çəkir qəlbim acı-nalə, nə boyda dərd qəlbdə,
Dözmür qəm qəlbdə! Tək əsirəm, Sənsizliyimə!

Götür ağır yükü məndən, əsli Rauf sənsən,
Hara getsəm qəmli, dərdliyəm, Sənsizliyimə!