Məzmuna keç

Haralısan (Əhməd Cavad)

Vikimənbə saytından
Haralısan
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005

Nerəlison, cənnətdirmi məkanın?
M əlokmisən, nə dadlıdır lisanın?
Bon Tanrımın baxımı ilə əzeldən,
Bir badə içmişəm, bir gözəl əldən!
Ən ruhani noşələrdən qanadım,
Çıxdım, səni buludlarda aradım!
Yıldızlardan sordum: - “Aydır!” - dedilor,
Aya getdim, о da sənsiz mükəddər.
“Sonsiz” gördüm, m ələklərə darıldım,
Endim yerə, qələm im ə sarıldım!
Yazdım... yazdım, fəqət gəlm əz bizim yaz,
Heç bir şeir baxdım, sənsiz şən olmaz!
Heç “yazmayım ” dedim, istəyim söndü,
Qələm sükut etdi, könül düşündü...
Bir səs duydum, qələm əldən düşüncə,
- Həp bənim çün vursun qəlbin ölüncə!..
... Bayılmışdım... durdum, gördüm ki, həp sən,
Sən imişsən, bana badə içirtən!..
Nerdə idin, cənnətm idir məkamn?!
M ələkm isən, nə dadlıdır lisamn?!
1916, Batum, 25 yanvar