Məzmuna keç

Harda görsən əli təsbehli, çiyni əbalı

Vikimənbə saytından
Harda görsən əli təsbehli, çiyni əbalı
Müəllif: Atababa Hicri

Harda görsən əli təsbehli, çiyni əbalı,
Qaçmasan ondan əgər boynuva şeytan babalı.
Bunların xeyri topuqdan olur, boydan zərəri,
Baxma məsciddə vurub qoltuğuna Quranı.
 
...Şəhərdən un gətirib əllaf ona arpa qatır,
Əti on səkkizə gizlin uçuş arvadna satır.
Bəzzaz ölçəndə çiti o qədər dartır, uzadır,
Kisə beş puddur əgər, bəs hanı bir batmanı?

Xarici keçidlər

[redaktə]