Məzmuna keç

Hardasan, Avropa şurası?

Vikimənbə saytından
Hardasan, Avropa şurası? (25.12.2020)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Avropa Şurası, hardasn? Niyə susursan?

İlham Əliyev.

Eşq sevdasından, ey naseh, məni mən eylədin -

Yox imiş ağlın, mənə yaxşı nəsihət vermədin!

Məhəmməd Füzuli


Səs ver səsimə, hardasan, Avropa Şurası?

Çıxdın göyə, ya yerdəsən, Avropa Şurası?


Düşmüş yadına bəlkə də xaçlı yürüşləri,

Halamı yürüşlərdəsən, Avropa Şurası?


Min il qoruduq məbədini Həzrət İsanın,

İndi nə küy-həşirdəsən, Avropa Şurası?


Get-get, görünür çil xoruzun qanlı quyruğu,

İndi sən özün dardasan, Avropa Şurası!


Artıq kəsərmisən bu “demokrat” bəhanəsin –

Məkrə, xəyanətə bir pərdəsən, Avropa Şurası!


İnsanlığa məzhəb gərəkir əngəl olmasın,

Bu əngəli gərəkir yırtasan, Avropa Şurası!


Neyçün ikili yöndə qurursan siyasəti?

Artıq özün də zordasan, Avropa Şurası!


Adilsən əgər, bayraq edib sən ədaləti,

Zülmün gözünə dürtəsən, Avropa Şurası!


Yoxsa bir arxalı köpəyə bollu yal verib,

Məzlumlara qısqırdasan, Avropa Şurası?


Bəsdir oyuncaq oynadın, azca kitab oxu,

Bəlkə böyüdün, xırdasan, Avropa Şurası!