Hardasan, ey könlümə dinclik verən can, hardasan

Vikimənbə saytından
Jump to navigation Jump to search
Hardasan
Müəllif: Qətran Təbrizi


Hardasan, ey könlümə dinclik verən can, hardasan?
Çox çağırdım, gəlmədin, ey dərdə dərman, hardasan?

Firqətə dözmək çətin, vəslində kəsdim ülfəti,
Şadlığı, şeriyyəti məhv etdi hicran, hardasan?

Hər zaman könlüm sorar: neyçün susub əyləşmisən?
Bir qəmər hicrində könlüm qaldı nalan, hardasan?

Daşla sınsaydı qolu vəslin, tapardım mumiya,
Hicr ilə sınmış qolum, qıl çarə, Loğman, hardasan?

Bir çırağ imiş vüsal, düşdü qəfil tufanlara
Nurumu zülmətmi uddu, ey çirağban, hardasan?

Hicrinin, ya vəslinin xeyri nədir, mənası nə?
Bir qılınc çəkmiş zaman, vəsli tutur qan, hardasan?

Firqətin bir tanrı hökmü... Sən özün tanrım mənim!
Tanrı hökmündən nə cür qurtarım can, hardasan?