Hardasan (Şair Əbülfət)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Hardasan
Müəllif: Şair Əbülfət

Yada salıb zülüm-zülüm ağlaram,
Elli-günlü cavan vaxtım, hardasan?!
Tale məni tərki-vətən eyləyib,
İxtiyarım, tacı-taxtım, hardasan?!

Çarx dolandı, uzaq düşdü vətənim,
Məqam gözlər-boynumdadır kəfənim.
Bir gəzəri torpaq olub bədənim,
Ömrüm, səni oda yaxdım, hardasan?!

Əcəl gəlib, qılınc çalhacaldadı,
Beymurazam, həsrət gözum yoldadı,
Əbulfətəm, halım yaman haldadı,
Hardasan ey, itgin baxtım, hardasan?!