Məzmuna keç

Havalanıbdı

Vikimənbə saytından
Havalanıbdı
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Laçın bərəsindən, şikar evindən,
Bir tülək tərlanım havalanıbdı.
İstədim ki, səyyad olam yetirəm,
Əldən-ələ düşüb banalanıbdı.

Firəng şüşəsindən ağdı qolları,
Göyün ulduzuna bənzər xalları,
Ağ üzündə müsəlsəldi telləri,
Çalıbdı çalmanı, sonalanıbdı.

Canan vəsfi mən Dilqəmin dilində,
Eyib yoxdu nazlı yarın telində,
Dostu Dilbər Ocaqlının elində,
Ağ nazik əlləri hanalanıbdı.