Heqq müyəssər etsə varsam, gözəl Kə’bətullah, sana
Görünüş
Heqq müyəssər etsə varsam, gözəl Kə’bətullah, sana Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Heqq müyəssər etsə varsam, gözəl Kə’bətullah, sana,
Baquban heyranun olsam, gözəl Kə’bətullah, sana.
Qara donuna bürünür, ərşə bərabər görünür,
Sana varmayan yerinür, gözəl Kə’bətullah, sana.
Qara dənin heybət oldı, yüregümə qorqu toldl,
Könlümün həsrəti gəldi, gözəl Kə’bətullah, sana.
Gümüşdən qapı açmışlar, mərmərlərin döşətmişlər,
Altın quşaq quşatmışlar, gözəl Kə’bətullah, sana.
Sağ yanunda altın oluq, Mövlam salsa olsam qonuq,
Bən ölürsəm, Həqq oyanıq, gözəl Kə’bətullah, sana.
Nurdandurur başta tacı, yetmiş bindür varan hacı,
Oldı yürögümə acı, gözəl Kə’bətullah, sana,
Ke’bənün çevrəsi dağlar, didar görmüş sular çağlar,
Aşiq Yunus durmaz ağlar, gözəl Ke’bətullah, sana.