Məzmuna keç

Heydər doğulub

Vikimənbə saytından
Heydər doğulub (10.05.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Ümummilli Lider HEYDƏR ƏLİYEVİN anadan olmasının 98-ci ildönümünə


Nə gözəl gündü bu gün – yurduma Heydər doğulub!

Bir qədim ər ocağından yeni bir ƏR doğulub!


Gün kimi şölə saçıbdır bir elə, bir obaya,

Qəlblərin sevgilisi, dillərə əzbər doğulub!


Düşmənin xərməninə çınqıl kimi qorxu salıb,

Vətənə şanlı oğul, xalqıma rəhbər doğulub!


Göyə qalxıbdır o gün hay dığanın hay – harayı,

Düşmənin çaş gözünə bir iti neştər doğulub!


Barlı torpaq quru çör – çöplə tikandan arınıb,

Vətənin gül bağına sərvi – sənubər doğulub!


Neçə müddət ulu öndər sorağında dolaşan

Qəhrəman millətimə alp ULU ÖNDƏR doğulub!


Saldığı yolla gedir millətimiz zirvələrə,

Şəninə ÖNDƏRimin şanlı əsərlər doğulub!


Verdi özgürlüyün İLHAMlı zəfər müjdəsini,

Bu nəsil tariximə çünki müzəffər doğulub!


Teymurun fəxri budur ki: Vətən adlı anadan

ULU ÖNDƏR kimi çox aslan igidlər doğulub!