Məzmuna keç

Heyvanlar haqqında (tapmacalar)

Vikimənbə saytından
Tapmacalar Heyvanlar haqqında
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Tapmacalar. Bakı,2004


Adam deyill, əl-ayağı, dişi var, Əcəb şeydi, qərəvəllə işi var. (Meymun).

Ağzı qara boz bəylər, Vursan ağzın əyilər (Canavar).

Bir axmaq öküzüm var, İyləndirib ət yeyər. (Ayı).

Bir atım var minə bilmirəm. Ağzın açsa, dinə bilmirəm. (Şir).

Bizdə bir kişi var, Xor-xor yatışı var. (Pişik).

Dik çıxanda ildırım, Dik enəndə digirqoz. (Dovşan).

Əkdim palıd, Bitdi şabalıd. İçindən bir zoğ çıxdı, Nə palıddı, nə şabalıd. (Qatır).

Hilim-hilim kəhər at, Hilim mərcan kəhər at, Ağzında qıl sicim, Başında tir kəhər at. (Ceyran).

Hind hindicə, Dişi əyricə, Hara gedirsən, Bu yarı gecə? (Qaban).

Qaya altdan qaz gedər, Burnun qulazlar gedər. Bir il buğaya gələr, Yeddi il boğaz gedər (Fil).

O hansı heyvandı anadan saqqallı doğular? (Keçi).

O nədi ki, evə girməz, Sədaqəti eldə gəzər. (İt).

Ovun alsan mırıldar, Sığallasan xoruldar. (Pişik).

Üstü zəmi biçərler, Altı bulaq içərlər. (Qoyun).

Yük altda qıllı yumaq. (Pişik).

<poem>