Məzmuna keç

Hiç aşiq maili-zülfü zənəxdan olmasın

Vikimənbə saytından
Hiç aşiq maili-zülfü zənəxdan olmasın
Müəllif: Mirzə Məhəmməd Katib
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Hiç aşiq maili-zülfü zənəxdan olmasın,
Dəhrdə divaneyi-zənciri-zindan olmasın.

Mən çəkən möhnətləri aləmdə kafər çəkməsin,
Küfri-zülfün görməsin, halı pərişan olmasın.

Gün qabağında, amandı, əzmi-cövlan eyləmə,
Sayə tək zülfün yenə xakilə yeksan olmasın.

Badə vermə zülfünü, hər ləhzə lərzan eyləmə,
Mənzili-şami-qəriban onda viran olmasın.

Şanə urma zülfünə, dünyanı zülmət eyləmə,
Katibin sövdasın artırma, pərişan olmasın.