Məzmuna keç

Hiç aşiq naümid-i vesl-i canan olmasın

Vikimənbə saytından
Hiç aşiq naümid-i vesl-i canan olmasın
Müəllif: Mirzə Məhəmməd Katib

Hiç aşiq naümid-i vesl-i canan olmasın,
Aşige dünyada canan olmasa, can olmasın.

Eylemiş ezm-i şikar, ol şahibaz-i izz ü naz,
Könlümü seyd etməyə, ya rəb, peşiman olmasın.

Bivəfa, əğyarə meyi etdin, dexi bundan belə,
Ləli nabın həsrətilə bağrımız qan olmasın.

Çıxma, övcə zülfünü göstərmə iman əhlinə,
Görmə bu zülmi rəva əsla müsəlman olmasın.

Gözyaşım seylabə döndü, yıxdı xanimanımı,
Olsa hər mənzilde su, olmaz ki, viran olmasın.

Kim ki, təhrik eylədi, saldın nəzərdən Katibi,
Namurad olsun, onun dərdinə dərman olmasın.