Hibop quşu
Görünüş
Rəvayətlər. Hibop quşu Müəllif: Şifahi xalq ədəbiyyatı |
Hibop bir arvadıymış. İki oğlu varıymış: Usufnan Nəsif. Bular
buzoy otarmağa gedillərmiş. Bir axşam buzoyları gətirəndə görüllər
ki, bir qarının buzoyu qalıf çöldə. Anaları buları döyür ki, tez
gedin tapın gətirin. Bular gedillər. Bir azdan arvadın ürəyi yumşalır,
deyir, durum süd pişirim, gələndə uşaxlar yesin. Ana nə qədər
gözdüyür, uşaxlar gəlmir. Savah olur, baxır ki, genə qayıtmadılar.
Bilir ki, buzoyu tapbıyıplar. Diləy eləyir, olur hibop. Başdıyır balalarını
gəzməyə. Hibop oxuyanda deyir:
Usuf, Nəsif, gəl süd iç...
Gəl süd iç...