Məzmuna keç

Hicran

Vikimənbə saytından
Hicran
Müəllif: Ümmügülsüm
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bir solğun çiçəyəm, bir san yarpaq,
Candan şikayətkar, canandan iraq.
Çıxdım ki, yollardan alayım soraq,
Xəbər verən yoxdur, sorma dedilər.
Aynlınca hilal qaşlı yanmdan,
Mən yaslara batdım, geymədim əlvan.
Düşünüb o yıldız gözləri hər an,
Ağlarkən, kəndini yorma dedilər.
Könül şəkvəsini kimə söyləsin?
Qəlbimin dərdini kimlər dinləsin?
Səni sevən, sənsiz ömrü neyləsin?
Dalınca qoşarkən, varma dedilər.
Mənim gözlərimdən günəş çəkildi,
Parlaq həyatıma zülmət töküldü.
Vərəmli qəlbimə oxlar dikildi,
Q°y axsın qanlan, sarma dedilər.
Günəşim bir daha doğmayacaqmı?
Vəhşi qaranhğı boğmayacaqmı?
Kölgələri şəfəq qovmayacaqmı?
Sordum, ümidini qırma dedilər.