Hobbit, və ya Oraya və Geriyə
Hobbit, və ya Oraya və Geriyə (1937) Müəllif: Con Tolkin Tərcümə edən: Rəfiqə Məmmədova |
Üzüklərin Hökmdarı→ |
Həmçinin baxın: Haqqında • |
Ön söz
[redaktə]"Yerin altında, öz yuvasında bir hobbit yaşayırdı..."
Bu sözləri C.R.R.Tolkin isti yay günü yoxladığı məktəbli imtahan işinin arxasına yazmışdı. Heç kimin ağlına gəlməzdi ki, məhz bu cümlədən sehrli toxum kimi dünya ədəbiyyatında ən tanınmış sənət əsəri yaranacaq və müəllifini "yüksək fentezi" kimi tanınmış janrın klassikinə çevirəcək. Yeri gəlmişkən, bu jannn digər klassiki "Narniya salnaməsi"nin müəllifi K.S.Luis onun yaxın dostu olmuşdur.
XX əsrin ən məşhur "ədəbi nağılı" adlandırılan "Hobbit və ya Oraya və Geriyə" əsəri Tolkinin uşaqları üçün qoşduğu nağıldan yaranıb. Təsadüf nəticəsində nəşr olunan bu əsər oxucular tərəfindən elə rəğbətlə qarşılanıb ki, kitabın naşiri bu əhvalatın ardını yazmağı təkidlə xahiş edib.
Əsərin ilk sətirlərindən müdrik sehrbaz Qandalf (o hər dəfə lazım olanda peyda olur) Bilbo Begginsi cırtdanlarla Tənha Dağa səyahətə cəlb edir. Abad, səliqəli və rahat yuvasında yaşamağa öyrəşmiş Hobbitə ömrü boyu sərgərdan həyatı yaşayan cırtdanların kompaniyası ilə ayaqlaşmaq çətin olur. Lakin onun daxilində, bu günədək heç özünə məlum olmayan, gizli macəra ruhu bütün məhrumiyyətlərə yeni dostlarının xətrinə qatlaşmağa kömək edir. Təhlükəli macəralar, müəllif fantaziyasının məhsulu olan digər irqlərlə mürəkkəb münasibətlər, çıxılmaz vəziyyətlər əsəri həqiqətən cəlbedici edir, ondan ayrılmaq mümkün olmur. Amma qaranlıq buludlar arasında belə işıq yeri var. Elə burda da dostlar həmişə köməyə gəlir, əfsus ki, faciəsiz ötüşmək olmur.
Əsər oxucunu həyata və özünə yeni nəzərlə baxmağa çağırır. Bəlkə sən, elə əsərin qəhrəmanı kimi, haradasa özünü lazımınca dəyərləndirməyibsən.
Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Mündəricat
[redaktə]- I fəsil. Gözlənilməz qonaq
- II fəsil. Qoyun əti qovurması
- III fəsil. Fasilə
- IV fəsil. Dağın üstündən və altından
- V fəsil. Qaranlıqda müəmmalar
- VI fəsil. Yağışdan çıxıb yağmura düşdük
- VII fəsil. Qeyri-adi sığınacaq
- VIII fəsil. Hörümçəklər və milçəklər
- IX fəsil. Çəlləklərlə azadlığa
- X fəsil. Səmimi qəbul
- XI fəsil. Astanada
- XII fəsil. İçəridə onları nə gözləyirdi
- XIII fəsil. Ev yiyəsi evdə olmayanda
- XIV fəsil. Alov və su
- XV fəsil. Qara buludlar toplaşır
- XVI fəsil. Gecə oğrusu
- XVII fəsil. Tufan qopdu
- XVIII fəsil. Geriyə aparan yol
- XIX fəsil. Sonuncu fəsil
Mənbə
[redaktə]- C. R. R. Tolkin. "Hobbit, və ya Oraya və Geriyə". Qanun Nəşriyyatı, 2018.