Məzmuna keç

Holavarlar

Vikimənbə saytından
Holavarlar
Müəllif: Şifahi xalq ədəbiyyatı

Axşamlar, ay axşamlar,
Şamlar yanar axşamlar.
El-ulus evdə yatır,
Xodək harda axşamlar.

Arabanın tәkәri,
Qara kәlin çәkәri.
Özgә işdә ağayam,
Öz işimin nökәri.

Ay gedәr ay batana,
Qalmayaq el yatana.
Xan öküzüm insaf et,
Xışın macın tutana.

Başına mәn dolanım,
Mәn dönüm, mәn dolanım.
Ölmә, ölmә yazığam,
Kölgәndә mәn dolanım.
 
Bicə-bicə əkizlər,
Xodaq yerdə nə gizlər?
Qara kəl yorulanda,
Dartar, çəkər öküzlər

Bir dәyәlik çәtәnә,
Bağlanıbdır kotana.
Qara kәlim yalvarır
Kotan macı tutana.

Bizim öküz, boz öküz,
Qoparıbdı toz öküz.
Alıb yerin canını,
Çıxsın yaman göz, öküz.

Boynunu mәn yağlaram,
Yaman gözü dağlaram.
Tez çәk, maral öküzüm,
Geri qalsam ağlaram.

Çәkәn öküz mәrd olur,
Çәkmәyәnә dәrd olur.
Tәnbәl öküz yeyәsi,
Xәcil olur, pәrt olur.

Dağ döşündә yatanda,
Gün çıxar, ay batanda.
Hodaq murada çatar,
Torpaqdan bar alanda.

Dağ döşündə yatana,
Gün gedər ay batana.
Qara kəlim qarğıyar,
Kotan macı tutana.

Dağ döşündә yatana,
Gün gedәr ay batana.
Qara öküz qarğayar,
Cütün macın tutana.

Dağların enişi var,
Diki var, enişi var.
Cütə gedən öküzün,
Özünün yerişi var.

Əkinçi әkin eylәr,
Şum çәkib sәfin eylәr.
Öküzü arıq olan,
Hәr işi çәtin eylәr.

Gözlə xoruz banını,
Kəllər işdə tanını,
Cütə getməyən öküz,
Yerişindən tanını.

Gün düşdü qar üstünə,
Bağçada bar üstünə.
Tənbəl yatan öküzün,
Quşlar qonar üstünə.

Haqqa bağla arzunu,
Cüt sür şumun üzünü.
Tanrı, Mәhәmmәd desәn,
Tanrı verәr ruzunu

Hay da, ay kәlim, hay da,
Dövlәtim, malım hay da.
Qara şumu vur başa,
Qadanı alım hay da.

Herik yeri, xan yeri,
Qan ayağı, qan yeri.
Tәrpәn, ha kәlim tәrpәn,
Sökülübdür dan yeri.

Hodaq yatmaz, ayıqdır,
Yüz tәrifә layıqdır.
Dözәr hәr әziyyәtә,
Demәz isti, soyuqdur.

Hola dedim, düşdü mac,
Göydә oynadı qırmanc.
Öküzlәr ota getdi,
Qara kәlim qaldı ac

Holay-holay holaylar,
Qalayçı qab qalaylar.
Qudrәtli öküz gәtir,
Batıb qalar, qolaylar

Huşun başında olsun,
Əlin işindә olsun.
Döyülürsәn boş yerә,
Canın dişindә olsun.

Xan öküzüm aladı,
Bir alınmaz qaladı.
Çәk dedimmi çәkәcәk,
Yaman üzüyoladı.

Xәşıl parası hanı?
Hodaq havası hanı?
Yuxu tutdu yıxıldın,
Bunun qafası hanı?

İş qalar cüt qırılsa,
Cüt öküzlәr yorulsa.
Hodaq sәni qınaram,
Çәkәn öküz vurulsa.

Kotan gedәr, iz açar,
Qara torpaq göz açar.
Gәlib–gedәn qız-gәlin,
Mәjqәldәn dә söz açar.

Kotanı sazla, oğlum,
Əkini tozla, oğlum.
Kәlini yaxşı saxla,
İşә qoş yazda, oğlum.

Kotanın xopu olar,
Gәdәnin gopu olar.
Mәjqәlin dә üzünә,
Açılan qapı olar.

Kotanın qılıncı var,
Yaxşı iti ucu var.
Xuzeyinin bizlәrә,
Kәsmәk üçün qoçu var.
 
Qara kəl asta gedər,
Dolanar, dosta gedər.
Ay qaranlıq gecədə,
Hastabahasta gedər.

Qara kәl boyundadır,
Buynuzu oyundadır.
Qara kәlin kallığı,
Otunda, suyundadır
 
Qara kəl gedər işə,
Qorxum var bağrı şişə.
Nola bir bulud gələ,
Yağış yağa, nəm düşə.
 
Qara kəl, ilim barı,
De dərdin, bilim barı.
Məni mağmın eyləmə,
Açılsın dilim, barı.

Qara kəlim aranda,
Çıxar gün qızaranda.
Xodaq murada çatır,
Kəlindən bar alanda.

Qara kəlim, gündə mən,
Kölgədə sən, gündə mən.
Sən yat qaya dibində,
Qoy qaralım gündə mən.

Qara kәlim naz eylәr,
Quyruq bular toz eylәr.
Ay qaranlıq gecәdә,
Kotanı pәrvaz eylәr.

Qara kәlin sucundan,
Qabar getmәz ucundan.
Qara şumun toz olar,
Bәrk tutmasan macından.

Qara kәlim san gәlir,
Öküzlәrdәn yan gәlir.
Gecә-gündüz işlәyir,
Dırnağından qan gәlir.

Qaşqa kəlim boz, ala,
Tarlaya saldım yola.
Tay öküzlə iş aşmaz,
Öküz gərək cüt ola.

Qızıl öküz, xan öküz,
Dırnaqları qan öküz.
Sәn kotana güc eylә,
Mәn dә deyim “can”, öküz.

Qızıl öküzüm, yeri,
Qoyma şum qala, yeri,
İti tərpən, maralım,
Düşmənlər baxır bəri

Mәjqәl hodağın hanı?
Daşın, torpağın hanı?
İşlәyib yorulubsan,
Balın, qaymağın hanı?

Mәjqәl olan yana bax,
Bax bu gәlәn cana bax.
Əvvәl arıq qız idı,
Dolub әtә, qana, bax.

Mәnim kәlim, nәr kәlim,
Quyruq vurar, toz eylәr.
Çiyni ilә çәmәn sökәr,
İyәsin şahbaz eylәr.

Oho... kotan öküzü,
Oho... atam öküzü.
İlan, çayan dişlәsin,
Şumda yatan öküzü.

Öküz, boynun bağlaram,
Düşmәn gözün dağlaram.
Payını dәrin götür,
Sәnә yonca bağlaram.

Öküz qayıtdı qaşdan,
Ay Tanrı, saxla başdan.
Bәdnәzәr qabaqdadır,
Yolunu sal bu başdan.

Öküz qıyar canını,
Bilməz qamçı sayını,
Qayış çəkən qaşqa kəl,
İş başında tanını.

Öküz qıymaz canını,
Bilmәz qamçı sanını.
Qayış çәkәn qaşqa kәl,
İş üstündә tanını

Öküz tәr tökәr, gedәr,
Torpağı әkәr, gedәr.
Tutar yerin damarın,
Bağrını sökәr, gedәr.

Öküzlər qoşa getdi,
İşlədi, coşa getdi.
Kotan macı qırıldı,
Zəhmətim boşa getdi.

Öküzlәrim naz eylәr,
Quyruq bular, toz eylәr.
Hәr axşam gün batanda,
Kövşәndә pәrvaz eylәr.

Öküzüm birdir mәnim,
Taleyim gürdur mәnim.
İki oldu öküzüm,
Qaraçuxam dürdür mәnim.

Öküzüm gedәr işә,
Qorxuram bağrı pişә.
Nola bir bulud gәlә,
Göydәn yerә nәm düşә.

Öküzüm qoşa gәldi,
Yerişi xoşa gәldi.
Bir hay verdim dar gündә,
Qeyrәtә, coşa gәldi.

Öküzüm nәrdi, baxın,
İncitmәz mәrdi, baxın.
Dәrdә düşüb eşinir,
Çәkmәrәm dәrdi, baxın

Rәhmәt atana, hodaq,
Macı tutana hodaq.
Öküzün tәnbәlini
Qoşma kotana, hodaq

Şumla, tәpәl, әk, tәpәl,
Torpağa tәr tök, tәpәl.
Boynunu mәn yağlaram,
Qorxma yükü çәk, tәpәl.

Telli mәrcan, bizә gәl,
Dağdan yenib düzә gәl.
Dırnağının izilә,
Torpağımı bәzә, gәl.

Tәk xışım cüt öküzüm,
Cüt sürәk közüm-közüm.
Öz әlim, öz әmәyim,
Özgәdәn umma, gözüm.

Tәpәl öküz, mәlәmә,
Yeminә naz elәmә.
Tanrı muradın versin,
Mәni mәğmun elәmә.

Yeri öküz, yeri tәn,
İşi eylә bәri sәn.
Sök yerin damarını,
Xam torpağa yerisin.

Yetişib yaz, öküzüm,
Eylәmә naz, öküzüm.
İşә olan hәvәsdә,
Gәlib avaz öküzüm.

Mənbə

[redaktə]
  • Azərbaycan bayatıları. Bakı, 2004.
  • [1] GÜNEY AZƏRBAYCAN FOLKLORU V KİTAB BAKI – 2015