Homo ludens armenicus
Görünüş
Homo ludens armenicus (05.06.2021) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Tankı əlindən aldılar, get, bala, topnan oyna sən!
“Addım”ını çox atma gen, kim dedi YAPnan oyna sən?
Dümlə soğan-sarımsağı, iy verərək donuz kimi,
İçmə çayı, dilin yanar, saxta şərabnan oyna sən!
Doğru eşitmək istəsən, şəklə qulaq bir az bizə;
Haydı, döşə yalan-palan, dünyada gopnan oyna sən!
Sağlam olarsa millətin, gorda dönər dədən-baban,
Cəddinə sadiq övlad ol, ruhu xarabnan oyna sən!
Miflər içində yat hələ, gerçək əməllə yox işin,
Keçmişini üçəlli tut, köhnə kitabnan oyna sən!
YUMRUĞUN altda əsgərin tappatarap töküldü, bax!
At qırağa dəfi, neyi – tappatarapnan oyna sən!
Yurdumuza bahar gəlib, Teymura müjdə çatdırın:
“Başmağını çıxart daha, güllü corabnan oyna sən!”