Məzmuna keç

Hophop quşu

Vikimənbə saytından
Rəvayətlər. Hophop quşu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Deyirlər ki, hop-hop əvvəllər bir gəlin imiş. Həmin gəlin bir dəfə başını yuyan zaman qayınatası gəlib onu görür. Gəlin utandığından üzünü göyə tutub deyir:

– İlahi, sən məni bir quş elə, uçum gedim çöllərə. Bir də qayınatamın gözünə görünməyim.

O saat gəlin quş olur. Uçub qalxır göylərə. Gəlinin iki uşağı var imiş. Biri oğlan, biri qız. Oğlunun adı Hop-hop, qızının adı Gültop imiş. O vaxtdan bəri gəlin övlad həsrəti çəkir, həmişə onları çağırır:

– Hop-hop, Gültop...

Mənbə

[redaktə]