Məzmuna keç

III Salmanasarın "Qara xatirə daşı" üzərindəki salnaməsi

Vikimənbə saytından
III Salmanasarın Kalhu[q 1] şəhərində "Qara xatirə daşı" üzərindəki salnaməsi (e.ə. 829)
Müəllif: III Salmanasar
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh. 13.

Mannalı Udakinin yaşayış məskənlərinə mən yaxınlaşdım. Mannalı Udaki Udaki[q 2] mənim silahımın parıltısından vahiməyə düşdü və öz həyatını xilas etmək üçün özünün hökmdar şəhəri Zirtanı[q 3] qoyub getdi. Mən onu təqib etdim; onun iribuynuzlu heyvanlarını, qoyunlarını, onun saya gəlməyən var-yoxunu mən apardım. Onun şəhərlərini mən viran qoydum, dağıtdım, odda yandırdım.

Qeydlər

[redaktə]
  1. Kalhu- Assuriyada şəhər, indiki Nimrud, İraqdadır.
  2. (Yalki, Ualki kimi də oxunur)-Mannanın Assuriya yazılarında ilk dəfə adı çəkilən hökmdarı.
  3. Zirta, İzirtu- Manna dövlətinin paytaxtı. Xarabalığı Ziviyənin (Saqqız şəhərindən 40 km şərqdə) 5 kilometrliyindəki Qaplantu təpəsi hesab edilir.