Məzmuna keç

I Şah Səfinin Rusiya çarı Mixail Romanova məktubu

Vikimənbə saytından
Şah Səfinin Rusiya çarı Mixail Romanova məktubu
Müəllif: I Şah Səfi
Mənbə:
  • Balayev X. Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən (XVI-XX əsrlər). Elmi red. Y.Mahmudov. Bakı, "Elm və Həyat", 2002. səh.59.
  • Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin "Elmiəsərlər "i. 1974, №4, s.89. S.M.Onullahi, A.Q.Həsənovun məqaləsindən.


Alicənab, valanisab, gərdun-qübab, səltənət və cəlalətmaab, şovkət və əzəmət mənab, heşmət və ədalət-ayab, ümdət-üs səiatin əl məsihiyyə, zübdət-ül xəvanin əl isəviyyə, Sikəndər solət, Nuşirəvan ədalət, Rüstəm şücaət və qəzənfər məhabət, Urus və Həştərxan vilayətinin böyük hökmdarı, Moskva və Qazan məmalikinin uluğ xanı padişahi əzimüş-şə'n və xaqani məniülməkan, nizamən lilsəltənə vəl cəlaləti vəl şovkəti vəl əzəməti vəl heşrəti vəl ədaləti vəl izzü vəl imtinan Mikail Fiodoroviç Yəraq xan cəələllahü təala əvaqibə məqruna məhəbbət ayat ki, müəkkidi ərkani ülfət vidadi qədim və müşəyiddi bünyadi məvəddət və ittihadi cədid ola, ittihaf qılındıqdan sonra ənhayi, rəyi müsadiqətara oldur kim, qədim-ül əyyamdən bu iki silsileyi-rəfiə arasında məhəbbət və dostluq mərasimi nəhayət mərtəbədə istehkam bulubdur və cənnətməkan, əliyyin aşiyan şah babam ənarüllahü bürhanə həzrətlərinin zəmani-səadət iqtiranlərində məhəbbət qaidəsi təcdid olub, ol canibdən Malik suyunun qeraqendə və sair mə'bərlərdə bir qaç nəfər tüfəngçi təyin olunurdi və mə'bərləri qəzaq cəmaətün üburunda mühafizət edüb, Yengər üzərində tərəddüd edən tüccar və mütərəddidin miknətlərinə asip və noqsan və darlilmərz dərya kənarında sakin olan rüaya və füqərayə zərər və xəsərdən irişməzdi və cəmiyyət xatir ilə tərəddüd edələri-di. Cilusi-meymənəti-mə'nusmüzdən bu anə dəkən bir əmr ki, məhəbbət və dostliqə mənafi olə, zü'hurə gəlmişdür. Şimdi səbəb nədür kim, qəzaq cəmaəti naşayist hərəkətlərə irtikab edərlər. Dostluq və ittihad laziməsi oldur kim, vükəlayi-alimiqdarunuzi ol cəm'i bədkirdarun ki, bu iki silsileyi- əzimənün məhəbbət və ülfətlərinə baisi xələldürlər, dəf və rəf lərinə əmredəsiz ki, dostluq maddəsi izdiyad bulub, həmişə məhəbbət şahrahı gəlüb-getməkdən xali olməyub, inqirazi-zəmanə dək sədaqət ərkani noqsanməsun qalub, tüccar və mütərəddidin fariğ-ül bal tərəddüd edüb, tərəfinun duasınə bais olə. Həqqi-həzrəti-pərvərdigarun inayəti ilə himməti-valaneymətimiz ol cəmaəti-məxzul-ül afiyənün dəf inə mutəlliq olmuşdur. Dostluq şərti və adabi laziməsi oldur kim, əvvəl ol padşahi-valacah cənablərinə elam edəyüz ki, əgər ol cəmaəti-məxzul-ül-afiyənun dəfinə qadir olmiyələr, çün mabeynimizdə heç vəch əz müğayirət və biganəlik yoxdur, bu dərgahi-gərdun əsas mənsubləri əshəl vücuh ilə tayfəsini nist və nabud qılərlər. Baqi əvaqibi-ümur xeyr ilə məqrun ola.