Məzmuna keç

Könül, bu gün ki, müyәssәrdi vәsli-yar sәnә

Vikimənbə saytından
Könül, bu gün ki, müyәssәrdi vәsli-yar sәnә
Müəllif: Ağa Hacı Molla Tağızadə

Könül, bu gün ki, müyәssәrdi vәsli-yar sәnә,
Tәqafül etmә, baxar kәc bu ruzigar sәnә.

Könül, vüsalına xürsәndsәn bu gün yarın,
Fәğan o gündәn ola ayrılıq düçar sәnә.

Gedә әlindәn o mәhparә, ayrıla sәndәn,
Verә zәmanә yenә dәrdi-bişümar sәnә.

Fәlәk, mәramım ilә gәrçi varsa dövranın,
Nә sud, yoxdu sәbatın, nә etibar sәnә.

Könül, o mahruxun zülfün eylәmә mәskәn,
Mәhaldır o pәrişan ara qәrar sәnә.

Edib o şux sәni mәst bir nigah ilә,
Saqın, bu nәşә verir aqibәt xumar sәnә.

Fәraq dәrdi ilә vәslindә xövfi-hicran var,
Düş öl qurtar dәxi, Bixud, budur mәdar sәnә.