Məzmuna keç

Könül (Şəmkirli Aşıq Hüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Könül
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06.

Ay həzarat, qulaq asın,
Bir təzə yar istər könül.
Gözləri şəhla kimi,
Zülfü ənbər istər könül.
Yanağı gül yarpağı,
Ləbi əhmər istər könül.
Tər əndamı güldən nazik,
Sinəsi qar istər könül.
Qoyunu cənnətin bağı,
Məməsi nar istər könül.

Qoyun rizvan,
Huriyi-qılman,
Can sənə qurban,
Öldüm ay aman,
Qaşları kaman.

Qaşları qövsi-qüzeh,
Belə düxtər istər könül.
Düxtərin gül sifəti,
İrəngi lalə qırmızı.
Tikilib qullabdan,
Sərində şalı qırmızı.
Qoyubdu tər xınanı,
Ağ, nazik ələ qırmızı.
Məclis içində saqi,
Əldə piyala qırmızı.

Dodağından öpəsən,
Yanağından öpəsən,
Buxağından öpəsən,
Ayağından öpəsən.

Çünki qədəm götürüb,
Belə nigar istər könül.
Nigarın barmağında,
Üzüklərin qaşı yaşıl.
Sən ala gözlü sona,
Çalxan göldə başı yaşıl.
Salıbsan bu canıma,
Eşqinin atəşi yaşıl.
Yanağı gül yarpağı,
Sırğalar da guşi yaşıl.
Geyinib al qəddinə,
Libasın qumaşı yaşıl,

Geyib qumaş xasından,
Döşündə düyməsindən,
Qayım tut yaxasından,
Xışmala məməsindən,
Belə məmə əmən kəs,
Necə nübar istər könül.

Nübar olmuş bu qızın,
Başmağmın nalı qara,
Yanları işləməli,
Üstü sarı, dalı qara.
Ayağmda xoy corabı,
Eşməsinin külü qara.
Düzülübdü üzərinə,
Siyah, qoşa xalı qara.
Tökülübdü gül üzünə,
Ağ üzündə teli qara.

Telləri şahmarısan,
Söylə kimin yarısan,
Oxladm aşkarı sən,
Əcəb kamandarısan,
Ağ sinəsi qarısan.
Sinəsi mərmər kimi,
Belə ülkər istər könül.

Əlkər zalım geyinib,
Çəkməsi innabı, sarı.
Yaxası gülabatm,
Üstündən qolları sarı.
Geyinib xəz küləcə,
Haşyaların bağı sarı.
Əlində tel qayçısı,
Güzgüsünün qabı sarı.
Götürüb gülabdanı,
İçinin gülabı sarı.

Gülab gülün al olu,
Gözəllərdə qal olu,
Üstə qalmaqal olu,
Əlif qəddi dal olu,
Hərdəm min xiyal olu.
Şəmkirli Aşıq Söyün,
Çeşmi-xumar istər könül.