Məzmuna keç

Könül (Şair Məmmədhüseyn)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Könül (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Ay ağalar, gəlin vəsfin söyləyim,
Heç bilmirəm birdən puş olur könül.
Birdən dərviş olur, eldən dolanır,
Birdən bəzirgannan xoş olur könül.

Birdən dəryalarda qarğı-qamışdır,
Birdən bostanlarda dürrü yemişdir,
Birdən əşrəfidir, birdən gümüşdür,
Birdən pas tutana tuş olur könül.

Ay ağalar, birdən coşur, atlanır,
Birdən xışmalanır, yenə qatlanır.
Birdən şəkər olur, baldan dadlanır,
Hardandı bu çönmə çaş olur könül.

Məmmədhüseyn deyər, könül ayrılmaz,
Ərəb at yorulsa, könül yorulmaz.
Könül bir şüşədir, sınsa sarınmaz,
Sarsan da qanadsız quş olur könül.