Könül (Hacı Rza Sərraf Təbrizi)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Könül Müəllif: Hacı Rza Sərraf Təbrizi |
Arsız elin atıbdı vəli mən atanmadım
Öz yürdünü satıbdı vəli mən satanmadım
Zor gəldi nəfsi tez özünü satdı bəzilər
Beş gün kama çatıbsa noli,mən çatanmadım
Qəbri-pakın ya Hüseyn(Ə),müddətdi var istər könül
Zarə gəlmiş,bir məqami ahu-zar istər könül
Mə-siyət karəm mənə tovfiqin hər gəh yar olur
Nüqteyi-mücrim gedər,dil məhrəmi əsrar olur
Qəbri əkbər aşiqi-mənsurə payi-dar olur
Payi-dar ölməkligə,bir payidar istər könül
Künci ğəmdə bir nəfər yox mənlə həm avaz ola
Az qalıbdır mürği-ruhum cismidən pərvaz ola
Istə bu canım səri-kuyində pay əndaz ola
Dut əlimdən,ğəm günümdə ğəmqusar istər könül
Hər tərəf İskəndəri-dil abi-heyvan axtarır
Zülməti-ğəmdə gəzər lə”li-bədəxşan axtarır
Can verən aşıq həmişə kuyi-canan axtarır
Can nisar etməkligə bir can nisar istər könül
Eyləyib şovqi-visalın valehü heyran məni
Vadiyi-heyrətdə qoyma böylə sərgərdan məni
Qorxaram salsın ayaqdan mihnəti-hicran məni
Hicr əlindən canə gəlmiş vəsli yar istər könül
Pərtüvi-nuri-xəyalinlə dolub səhrayi-dil
Göz yaşım tək mövcə gəlmiş cuş edər dəryayi-dil
Turi-eşqində münacat etməgə musayi-dil
Taqətü-tab axtarır,səbrü qərar istər könül
Hicləqahi qasimi hər ləhzə kim yad eylərəm
Ney kimi gəlləm nəvayə dadü-fəryad eylərəm
Eyşü-işrət mülkünü ahilə bər bad eylərəm
Çün təni-təbdarü çəşmi-əşkibar istər könül
Xatirim olmuş pərişan sünbüli-susən kimi
Xəlqidən kəsmiş əlayiq riştəsin suzən kimi
Çox sevər qəbrin çəkə ağuşə pirahən kimi
Can verib vəslə yenə pərvanəvar istər könül
Tündü-badi hicrilə solmuş gülüstanım bənim
Ğüssədən olmuş xəzan gülbərgi-xəndanım bənim
Nütqi yox,dildən düşüb mürği-xoşəlhanım bənim
Bülbüli-şuridə tək fəsli bəhar istər könül
Seyli-ğəmdən az qalıb bünyadi cism olsun xərab
Zövrəqi-cismim o seyl içrə qalıb misli hübab
Məhfili vəslin xəyalilə olub bağrım kəbab
İxtiyarım yox,nədim,bi ixtiyar istər könül
Şuri-eşqin şöhrəti əz bəs ki aləmgir olub
Binəva Sərraf odur məcnuni-bi zəncir olub
Abü-xaki-ğəmlə quya tinətim təxmir olub
Mihnətü dərdü müsibət,hərnə var istər könül