Məzmuna keç

Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz

Vikimənbə saytından
Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz
Müəllif: Məhəmməd Füzuli


Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,
Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz.

Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı,
Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.

Fəna mülkinə çox əzm etmə, ey dil, çəkmə zəhmət kim,
Bu tədbir ilə dəfi-dərdi-hicran eyləmək olmaz.

Saqın, könlüm yıxarsan, pənddən dəm vurma, ey naseh,
Həvayi-nəfs ilə bir mülkü viran eyləmək olmaz!

Dəhanın üzrə ləlin istəmiş dil, dəfi müşküldür,
Görünməz hiç cürmü, yox yerə qan eyləmək olmaz.

Dualar eylərəm, məndən yana bir dəm güzar etməz,
Nə çarə, sehr ilə sərvi xuraman eyləmək olmaz.

Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən,
Kəmali-cəhl ilə dəvayi-irfan eyləmək olmaz.