Könlümü şad eylədi bu məclisi meydan
Görünüş
Könlümü şad eylədi bu məclisi meydan! (1996) Müəllif: RAUF CAVAD |
Könlümü şad eylədi bu məclisi meydan!
Nuruna qərq edib aləmləri Yaradan!
Əcəb bəzəyib bol nemətlərlə süfrəsin,
Ləzzət alır az yeyən, öz qismətin qanan!
Yaranıb dünya ki, hər gün ləzzət almağa,
Fanidir hər şey, çün keyfi birdə dadasan!
Bəh-bəh ilə ol keyfi dadmağa sən qonağ,
Bir gün gələn bir gün həlbət gedər, gəl oyan!
Yaradan yaratmış yalnız saf gözəlliyi,
Görən göz valeh olur, Yaradana Heyran!
Süz içək dərdi-qəmi, bu dünya bir gəmi,
Əyləş bir yerdə ədəblə, bil nədi ərkan!
Diqqət elə söz-kəlama, ol yar hamıya,
Yaxşılıq hər yaralı qəlbə dəva-dərman!
Sənsən könlümüz Sultanı-imanı Rauf,
Gəl çıx bu dünyaya ol kimsəsizə həyan!
...Müəllif:Rauf Cavad