Könlümü bağlamışam zülfünə, ey laləüzar

Vikimənbə saytından
Könlümü bağlamışam zülfünə, ey laləüzar
Müəllif: Abbasqulu ağa Bakıxanov


Könlümü bağlamışam zülfünə, ey laləüzar,
Qalmamış qəlbdə heç tabü təvan, səbrü qərar,

İstədim meylə yuyam dəftərə yazdıqlarımı,
Eşq təsiri məni etdi əqildən bizar.

Bu riya əhli məni saldı elə şurişə kim,
Edirəm rindliyi, rüsvalığı mən indi şüar.

Eşq əgər olsa qəzadan bizə qismət nə üçün--
Bu qədər hüsnü vəcahət alıb ol nazlı nigar?

Hanı ol zülfü pərişan ki, məni bəndə sala,
Qoya bu canimə minnət edərək məstü-xumar.

Heç kəsin sağərinə tökməz inan mey bu fələk,
Özü peymanəsini döndərib etmiş xunbar.

Bu əcəbdir ki, tapılmaz yenə də, ey Qüdsi,
Belə bir dilbəri-şirinsüxənü gülrüsxar.