Könlüm (Ağdabanlı şair Qurban)
Jump to navigation
Jump to search
![]() |
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Könlüm Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Nə qalıbsap qəm əlimdə,
Üstü duman olan könlüm,
Su üzündə gəmi kimi,
Gəşt eyləyib dolan, könlüm!
El köçüb, dalda qalıbsan;
Özünü oda salıbsan
Xaraba tək boşalıbsan,
Nədən oldun talan, könlüm?
Sinəndəki kaman-oxdu,
Dövran zalım, cəfan çoxdu,
Qurban deyir yerin yoxdu,
Ay sərgərdan qalan könlüm!