Könlüm (Aşıq Möhsün)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Könlüm Müəllif: Aşıq Möhsün |
Aşıq Möhsün Xilə aşıqlarındandır. O, XIX əsrin son illərində anadan olmuş, XX əsrin ortalarına kimi yaşamış, Xilənin qışlaq qəbristanında dəfn edilmişdir. Mənbə: Xeybər İgidəliyev. Vaxt gələr, axtarıb gəzərsiz məni (PDF) (az.). Bakı: "Elm və təhsil". 2014. 2017-11-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-25. |
Elin aşiqiyəm göz açan gündən,
Ey mənim sevdalı, havalı könlüm.
Nə iş görmüşəmsə savab üçündür,
Eyləməz günahı vəbalı könlüm.
Şirvan - mahalımdır, Xilasə elim,
Buradır vüqarım, yar deyən dilim,
Obanın alqışı bəsimdir mənim,
İstəməz bil cahı-cəlalı könlüm.
Qananların yaxın dostu, yarıyam,
Aşıq Möhsün, bilin söz xirdarıyam,
Saz üstə köklənmiş, saz havalıyam,
Elin qulluğunda havalı könlüm.