Könlüm (Aşıq Molla İsmayıl)
Naviqasiyaya keçin
Axtarışa keçin
Könlüm Müəllif: Aşıq Molla İsmayıl |
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11. |
Eşidənlər, görün bu söz yalandı?
Leyli dərdi Məcnun çölə salandı,
Hamı bilir ilan adam çalandı,
Özüm öz əlimlə mar alan könlüm.