Könlüm elə pünhandır, keysulər arasında

Vikimənbə saytından
Könlüm elə pünhandır, keysulər arasında
Müəllif: Mirzə Ələsgər Növrəs


Könlüm elə pünhandır, keysulər arasında,
Şanə gəzibən tapmaz yüz mulər arasında.

İstər ki, çəkə Mani tərhini qaşın bilməz,
Peyvəstə kəşakəşdir əbrulər arasında.

Məstanə xumar gözlər hərdəm mənə al eylər,
Qaldım nə yaman yerdə cadulər arasında.

Bimar gözüm, cana salmış məni bir halə,
Səhrayə düşüb gəzdim bədgulər arasında.

Ta mən ki, cüda düşdüm ol yar vüsalindən,
Varmı görəsən söhbət bədgulər arasında?

Əğyarə vəfa etmək, üşşaqə cəfa, növrəs,
Bilməm bu nə adətdir məhrulər arasında.