Könlüm quşu min şövq ilə məddahi Əlidir

Vikimənbə saytından
Könlüm quşu min şövq ilə məddahi Əlidir
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 12.

Könlüm quşu min şovq ilə məddahi-Əlidir,
Dil tutisinin zikri Əli, şahi Əlidir.

Ey xoş o kəsə qiblə bilib vəchi-Əlini,
Baş qoyduğu yer pak qədəmgahi-Əlidir.

Könlüm iki dünyaya dəyişməz bu səfanı,
Gah virdi-zəbanımda Hüseyn, gahi Əlidir.

Allaha aparmaz sən hər rah, ey insan,
Allaha gedən rah fəqət, rahi-Əlidir.

Zahir gözü görməz gözə görsənməyən Həqqi,
Batin gözü ilə görən Allahı Əlidir.

Ey dil, dəri-mövlaya qıl hər ləhzə təvəkkül,
Saillərin ümmid yeri dəraghi-Əlidir.

Qəlbimdəki niyyət sənə vazehdir, İlahi,
Hər kəsdən əziz kəs mənə, vallahi, Əlidir.

İmanı yəqin şiələrin fəxri, vüqarı,
Var-dövləti, şanı, şərəfi, cahı Əlidir.[1]

  1. Şair öz adını güc, əzəmət mənasında işlədib İmam Əli Haqqında yazılan qəzəldə öz adını qeyd etmir. Özünü kiçildir. Lakin bu eşqdə insan zahirdə kiçildikcə həqiqətdə böyüyür.