Könlümdə arabir sərin külək əsər
Görünüş
Könlümdə arabir sərin külək əsər! (1997) Müəllif: RAUF CAVAD |
Könlümdə arabir sərin külək əsər!
Ürəyim də sanki durar kövrək əsər!
Səslər yarı külək pıçıltılı səslə!
Həyacanlanıb döyünər ürək əsər!
Sanki dağıdıb saçların hər tərəfə
Bu külək, Xəyalımda əsərək- əsər!
Gülümsəyərək bu külək nazın süzər!
Baxar qəmgin üzümə gülərək əsər!
Sancı çəkər bu ürək, sənsiz ey külək!
Özü-özüylə söhbət edərək əsər!
Kaş dinləsən ey Yar qəlbimdəki sirri!
Qalıb dərd gizli, can sevinərək əsər!
Sən mənim yeganə sevgili Məhbubum!
Gəl-gör könlümdə külək necə tək əsər!
Rauf, bu külək saldı könlü divanə!
Hər gecə-gündüz can titrəyərək əsər!
...Müəllif:Rauf Cavad